Merilin Monro

Merilin Monro
ing. Marilyn Monroe
Merlin Monro 1953-cü ildə
Merlin Monro 1953-cü ildə
Doğum adı Norma Cin Mortenson
Doğum tarixi 1 iyun 1926(1926-06-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 avqust 1962(1962-08-04)[3] (36 yaşında) və ya 5 avqust 1962(1962-08-05)[4] (36 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d][6]
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı
Partnyoru
Fəaliyyəti aktrisa, müğənni, model
Fəaliyyət illəri 1947-1962
Təhsili
Boyu 1,66 m
Mükafatları "Qızıl qlobus" mükafatı
IMDb ID0000054
İmzanın şəkli
Rəsmi veb-saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Merilin Monro (ing. Marilyn Monroe, əsl adı ing. Norma Jeane Mortenson; 1 iyun 1926[1][2][…], Los-Anceles, Kaliforniya, ABŞ[5]4 avqust 1962[3] və ya 5 avqust 1962[4], Brentvud (Los-Anceles), Kaliforniya) — amerikan kino aktrisası, müğənnimodel. XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biridir. İllərcə kiçik rollarda özünü göstərdikdən sonra "Gentlemen Prefer Blondes", "How to Marry a Millionaire", "Some Like It Hot ve The Seven Year Itch" kimi filmlərdə göstərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü 1950 və 1960-cı illərin əvvələrində ən populyar kino ulduzlarından biri olmasını təmin etdi. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artdı.

"Bus Stop" ve "The Misfits" kimi kinolarda dramatik rollarda da özünü göstərdi və bənzəri görülməmiş populyar bir maraq nəsnəsi halına gəlib, qazandığı bu şöhrət ilə zamanının digər ulduzlarını geridə qoydu. Halbuki, xalqın gözündə yaratdığı xoşbəxt imicinin əksinə, şəxsi həyatında yaşadığı məyusluqları və güvənsizlikləri onsuzda var olan problemlərini daha da dərinləşdirdi. Xüsusilə 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərindən etibarən səhhətində olan müxtəlif problemlər və şəxsi problemləri karyerasına da mənfi təsir göstərmiş və Monronun işləməsinə mane olmuşdur. Yenə də ölümündən sonra şöhrəti get-gedə artaraq bütün zamanların ən önəmli mədəniyyət fiquru və ikonası olmuş və digər məşhurlar tərəfindən təqlid edilmişdir. Ölümü rəsmi olaraq yüksək dozada yuxu həbblərindən qaynaqlana biləcək intihar olaraq qeyd edilsə də ölüm səbəbi haqqında bir çox ehtimal irəli sürülmüş, sui-qəsd nəzəriyyələri yaradılmışdır. Monro 1999-cu ildə Amerika Kino İnsitutunun bütün zamanların ən böyük qadın kino ulduzları sıralamasında altıncı sıraya layiq görülmüşdür.

  1. 1 2 Marilyn Monroe Biography.
  2. 1 2 doğum haqqında şəhadətnamə. 1926.
  3. 1 2 Marilyn Monroe // https://www.mymovies.it/persone/-/810.
  4. 1 2 IMDb (ing.). 1990.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118583549 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. Find a Grave (ing.). 1996.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search